“Sumqayıt”ın baş məşqçisi: Türkiyə hirs üzərində qurulan komandadır

408

Türkiyə hirs üzərində qurulan komandadır. Milli səviyyəsində oyunlar tam başqadır.

Bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin bu gün baş tutacaq Rumıniya – Niderland və Avstriya – Türkiyə matçlarında şansları dəyərləndirərkən deyib.

S.Abasov Türkiyə millisini Avstriyadan üstün sayıb:

“Düzdür, oyun intizamına görə Avstriyanı daha çox önə çıxarırlar. Qrup mərhələsində də həddən artıq intizamlı idilər. Ancaq bu elə bir mərhələdir ki, hirslə, ruhla belə rəqib səni üstələyə bilər. Avstriya millisi xoş təsir bağışlasa da, şansı daha çox Türkiyəyə verirəm. Məsələn, Niderlandın müdafiəçilərindən biri “Mançester Siti”də, biri “Liverpul”da, digəri “Bavariya”da oynayır. Buna baxmayaraq, görün necə səhvlər edirlər. Niderland növbəti mərhələyə çox əziyyətlə çıxdı. Portuqaliya bəlkə də maliyyə dəyərinə görə Avropada birincidir. Amma penaltilər sayəsində 1/4 finala yüksəldilər. Türkiyə yaxşı komandadır, amma “bişməlidir”. Düzdür, bu gün Avstriyadan yaxşı deyillər, amma hirslidirlər. Bunun sayəsində rəqibi üstələyə bilərlər”.

Mütəxəssis Rumıniya – Niderland qarşılşamasında ikinciləri daha şanslı gördüyünü bildirib:

“4 komandanın da gücü bərabərdir. Niderland təcrübəli komanda olmasına baxmayaraq, Avropa çempionatında heç xoşuma gəlmədi. Hətta qrupdan ən yaxşı üçüncü kimi çıxdılar. İstənilən halda Niderlandı Rumıniyadan daha üstün görürəm. Proqnoz vermək isə çox çətindir, özüm də maraqla baxacağam”.

Qeyd edək ki, Rumıniya – Niderland qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da, Avstriya – Türkiyə matçı isə 23:00-da başlayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər