Sumqayıtın bir hissəsində qazın verilişində fasilə olacaq

698

Sumqayıtın bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

Buna səbəb kimi Corat qəsəbəsində ŞQTM-in quraşdırılması və Corat bağlarına çəkilmiş d108mm-lik küçə qaz xəttinin mənbəyə qoşulması göstərilir. Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər