Sumqayıtın bu ərazilərində su fasilələrlə veriləcək - işləri 2-3 ay müddətində davam edəcək

1725
Sumqayıt şəhərinin  bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Sumqayıt şəhər Sukanal idarəsinin rəis müavini  Qurban Mikayılov bildirib. Onun sözlərinə görə, 4,5,10,12,17,18- ci mikrorayonlarda və 47,48- ci  məhəllələrdə mərhələli olaraq  içməli suyun verilişində fasilələr olacaq: “Köhnəlmiş, qismən də sıradan çıxmış şəbəkə yenidən qurulur.Su sistemı ümumiyyətlə uzun zamandır ki, yenilənmirdi və nəticədə də borular partlayaraq zirzəmilərə axırdı. Şəbəkənin yenilənməsində əsas məqsəd də odur ki,  zirzəmilərin suyu qurudulsun və əhali fasiləsiz olaraq içməli su ilə təmin edilsin.  Prosesə 17-ci mikrorayondan başlanılıb.  Və bu mikrorayonda artıq işlər yekunlaşmaq üzrədir. İşlər tam yekunlaşdıqdan sonra mikrorayonun sakinləri içməli su ilə fasiləsiz olraq təmin olunacaq.  Ümumi təmir işləri 2-3 ay müddətində davam edəcək.
Qeyd edək ki, bu gün də 17-ci mikrorayonda 3 bina yeni şəbəkəyə qoşulduğu üçün axşam saat 6 –ya qədər suyun verilişi dayandırılıb.
Sentyabrın 27-dən isə   daha 4 binanın şəbəkəyə qoşulması prosesi davam edəcək  və suyun verilişi səhər saat 10 –dan axsam saat 6 -ya  qədər dayandırılacaq. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər