Sumqayıtın bu məktəbləri 3-cü qrant müsabiqəsində qalib gəldi

3029

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

Brifinqdə nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Sumqayıt şəhər təhsil müəssisələri müsabiqədə fəal iştirak edib və 4 ümumi təhsil müəssisəsinin təqdim etdiyi layihə dəstəklənib.

sumqayitxeber.com xəbər verir ki, 36 nömrəli tam orta məktəbin “”Yapon mühəndisliyi” (GENESİS) –STEM in Action Akademiyası” , Təfəkkür liseyinin “Dinlə – düşün – tətbiq et!”, 4 nömrəli tam orta məktəbin “Kodlaşdırma bacarıqlarının kiçik yaşlı şagirdlərə öyrədilməsi”, 3 nömrəli tam orta məktəbin ““Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsi qalib gəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər