Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) başçısı Zakir Fərəcov bugünlərdə yeni ekoloji layihəyə start verib.
Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, şəhərin mərkəzi hissəsindəki bütün məhəllələrdə çinar, söyüd kimi ağaclarla yanaşı, iynəyarpaqlı ağacların əkilməsini həyata keçirən icra başçısı, şəhərətrafı ərazilərdə də geniş yaşıllıq zolqlarının salınması istiqamətində ciddi addımlar atmaqdadır.
Belə ki, Z.Fərəcovun tapşırığı ilə şəhərətrafı ərazilərdə minlərlə şam ağacının əkilməsi təmin olunub.Mənbənin sözlərinə görə, hazırda Sumqayıt-Novxanı çimərliyi magistral yolunun kənarındakı qanunsuz tikililərin söküntüsünü həyata keçirən SŞİH, baxımsız qalan ərazilərdə yaşıl zolaqların salınması üçün geniş hazırlıq işləri həyata keçirir. Artıq 2 saylı xəstəxananın dənizkənari hissəsində yüzlərlə ağacın əkilməsi təmin edilib ki, bu da ekoloji mühiti yaxşılaşdırmaqla yanaşı, estetik baxımdan da insanların zövqünə oxşayan mənzərənin formalaşmasına səbəb olur.
Mənbənin bildirdiyinə görə, yaxın həftələrdə sözügedən magistral yol boyu minlərlə ağacın əkilməsi təmin ediləcək ki, bu da Sumqayıtın ənənəvi yaşıllıqlaırnın bərpa edilməsi, daha sağlam ekoloji mühit və gələcək baxımından müstəsna əhəmiyyətə malikdir.
Sumqayıtın ənənəvi yaşıllığı bərpa edilir
•
569
Müzakirə qapadılmışdır.