Sumqayıtın əsas meydanı yeni ilə hazırdır

865

Yeni il bayramı münasibətilə Sumqayıt şəhər S. Vurğun adına mədəniyyət sarayının qarşısında ən hündür süni şam ağacı qurulub. Ümumilikdə isə şəhərin park və xiyabanlarında 10 ədəd yolka qurulub. Hər yolkanın yanında isə bayramın əvəzedilməz simvolları olan Şaxta Baba və Qar qız dayanıb. Şəhərin bütün küçələri, eləcə də ticarət və xidmət obyektlərinin qarşısı bayram əhval-ruhiyyəsinə uyğun tərtib olunub.

Xatırladaq ki, 30 dekabr 2010-cu il tarixdə saat 12.00-da “Şəhərimizin qış nağılı” adlı əsas şənlik təşkil ediləcək. S. Vurğun adına mədəniyyət sarayının qarşısında baş tutacaq şənlikdə müxtəlif rəqs kollektivlərinin çıxışları uşaqların əyləncəsinə rəng qatacaq. Uşaqları təbrik edənlər sırasında  tanınmış cizgi filmləri qəhrəmanları, Şaxta Baba və Qar qız olacaq. Bununla yanaşı şəhərimizdə fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarında silsilə bayram şənlikləri həyata keçiriləcək. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər