"Sumqayıtın inkişafına hər kəs öz töhvəsini verməlidir" -NÖVBƏTİ TƏDBİR

1008
Sumqayıt şəhər İcra Hakimiyyəti, YAP Sumqayıt şəhər təşkilatı və şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Sumqayıt doğma evimizdir, onu daha da müasir şəhərə çevirmək hər birimizin borcudur” mövzusunda növbəti tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfrans zalında keçirilib.
Tədbirdə son illərdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verilib.

Mövzu ilə bağlı müzakirələr aparılıb, qarşıya qoyulmuş məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.

Tədbirdə təhsil işçiləri, səhiyyə, mədəniyyət, uşaq bağçaları kollektivinin nümayəndələri, Mənzil Komunal Sahələrinin əməkdaşları, sahibkarlar və ictimai fəallar iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər