Sumqayıtın inkişafında xidmətləri olan Əlqəmə Orucov vəfat edib

3153

Sumqayıt şəhərinin inkişafında xidmətləri olan Əlqəmə Orucov bu gün 90 yaşında vəfat edib.
Orucov Əlqəmə Musa oğlu 1931-ci ildə Zəngilan rayonunun Sarallı Xəştab kəndində dünyaya göz açıb. Gənc yaşlarından ömrünü doğma Sumqayıta bağlamış, burada avtomobil müəssisələrinin birində çalışaraq, təşkilatın rəhbərliyinə qədər yüksəlmişdir.

Əlqəmə Orucov uzun müddət Sumqayıt şəhər 2 saylı ərazi nəqliyyat idarəsinin rəisi vəzifəsində çalışıb.
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezidentin sərəncamı ilə 2016-cı ildə tərəqqi medalı ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər