“Sumqayıt”ın Konfrans Liqasında oyununun vaxtı dəyişdirilib

1377

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək “Sumqayıt”ın səfər matçının vaxtı dəyişdirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçimiz Macarıstanda “Şosto” Arenada “Fehervar”la oyuna 1 gün tez çıxacaq.

Qarşılaşma nəzərdə tutulduğu kimi, avqustun 1-də deyil, iyulun 31-də baş tutacaq.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk görüş iyulun 25-də keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər