Oktyabrın 2-də Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, Tahir Mirkişili daxildirlər.
Tədbirdə “ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər” mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşəcəklər. Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar.
Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyə baxılacaq. Milli Məclis sədrinin müavini Bahar Muradova və deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər. Səfər oktyabrın 7-də başa çatacaq.(AZƏRTAC)
Sumqayıtın millət vəkili ATƏT PA-nın payız sessiyasında iştirak edəcək
•
1058