Sumqayıtın nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Almaniyaya səfər edib

756

Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Cənubi Qafqazda Şəhərlər Şəbəkəsi” regional layihəsi çərçivəsində Sumqayıt və Almaniyanın Lüdviqshafen şəhərləri arasında 2002-ci ildən etibarən uğurlu əməkdaşlıq mövcuddur. Sözügedən regional layihə çərçivəsində Sumqayıt şəhərindəki tərəf müqabillərinə Almaniyada müxtəlif sahələr üzrə təcrübə və məlumat mübadiləsinə imkanlar yaradılır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhərlər Şəbəkəsi tədbirləri çərçivəsində “Şəhərin mobilliyi” və “Sumqayıt şəhərinin çirklənmiş ərazilərinin kadastrı” mövzuları üzrə təcrübə mübadiləsi məqsədilə Lüdviqshafen şəhərinə səfər edib.

Səfər çərçivəsində qeyd olunan sahələr üzrə Almaniyanın Lüdviqshafen şəhərinin mövcud təcrübəsi ilə tanış olmaq imkanı yaradılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Lüdviqshafen, Manheym, Vorms və Heidelberg şəhərlərində Nəqliyyatın və Şəhər Mobilliyinin İntelektual İdarəetmə Mərkəzlərində, Avropanın ən böyük kimya sənayesi mərkəzi olan BASF şirkətində tanışlıq və məlumatlandırma görüşü kecirilib.

Görüşdə Sumqayıt şəhərinin bu sahədə fəaliyyət göstərən qurumları ilə əlaqələrin yaradılması və görüşlərin keçirilməsi üçün razılıq əldə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər