“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
Bu barədə sumqayitxeber.com klubun saytına istinadən məlumat verir.
Qeyd edək ki, bir qədər əvvəl “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
***
Kamran Quliyev “Neftçi” futbol klubunun prezidenti vəzifəsinə təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
K.Quliyev bu gün istefa verən Orxan Hüseynzadəni əvəzləyib.
Qeyd edək ki, Kamran Quliyev bu təyinatadək “Sumqayıt” klubunun prezidenti vəzifəsində çalışıb.