Sumqayıtın qalib müəllimləri – SİYAHI (FOTO)

4058
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin nəticələri açıqlanıb.
“Fərdi layihələr” kateqoriyasında qalib gələn layihələr arasında Sumqayıt məktəblərində çalışan 6 müəllimin layihəsi də var.  Belə ki, ümumi büdcəsi büdcəsi 6130 manat təşkil edən, V.İbrahim adına 35 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyevanın “Şagird -Diksiya Klubu” layihəsi, büdcəsi 3900 manat təşkil edən, Sumqayıt şəhər 28 saylı tam orta məktəbin müəllimi Aygün Rəhimovanın “Özünü kəşf et- Məktəblilərin uğulu karyera yolunda şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi”  layihəsi, büdcəsi 1630 manat təşkil edən,  Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi Nailə Behbudovanın  “Əqli və fiziki cəhətdən zəif uşaqlara psixoloji dəstək -“Qorxulara yox deyək!” layihəsi, büdcəsi 2750 manat təşkil edən,  Sumqayıt şəhər 11 saylı tam orta məktəbin müəllimi Elnarə Qurbanzadənin  “Dinlə və öyrən” layihəsi, büdcəsi 5196 manat təşkil edən “Təfəkkür” liseyinin müəllimi Ceyhun Qədirovun  “Elmi savadlılıq üçün FİZİKA” layihəsi və büdcəsi 6740 manat təşkil edən Sumqayıt şəhər 23 saylı orta məktəbin müəllimi İradə Həsənovanın  “Kompleks modelləşmə və inkişaf edən yaradıcı təhsil mühitinin formalaşdırılması” layihəsi müsabiqədə qalib olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər