“Sumqayıt”ın rəqibi Türkiyə klubu ilə qarşılaşacaq

364

“Sumqayıt”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar” klubunun Sloveniyadakı təlim-məşq toplanışında rəqibləri bəlli olub.
sumqayitxeber.com Sekeşfehervar təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda iyulun 11-də Serbiyanın “Çukariçki”, iki gün sonra yerli “NK Dekani”, iyulun 17-də isə Türkiyənin “Göztəpə” kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Sumqayıt”ın bu rəqiblə ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşması iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər