“Sumqayıt”ın statistikası- vərəqələr, hakimlər və azarkeşlər

1017

Gənclik şəhərin təmilçisi ən çox azarkeşə sahib olan klublardandır

“Sumqayıt”ın 20 futbolçusu arxada qalan 22 turda 2 qırmızı və 61 sarı vərəqə ilə cəzalandırılıb.
 Komandanın heyətində ən çox sarı vərəqə alan futbolçu Slavik Alxasov və Pərdis Fərcad-Azaddır. Hər iki futbolçunun passivində 8 sarı vərəqə var. Premyer Liqa ərzində “Sumqayıt”ın iki üzvü isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bunlar Aftandil Hacıyev və dövrələrarası fasilədə “Xəzər Lənkəran”a transfer olunan Uğur Pamukdur.
Sarı və qırmızı vərəqələr
Uğur Pamuk – 5 – 1
Aftandil Hacıyev – 3 – 1
Slavik Alxasov – 8
Pərdis Fərcad-Azad – 8
Samir Abasov – 5
Məhəmməd Mirzəbəyov – 5
Murad Ağayev – 4
Ceyhun Sultanov – 3
Ruslan Qurbanov –3
Sabir Allahquliyev – 3
Emin Cəfərquliyev – 2
Xəyal Mustafayev – 2
Murad Doymuş – 3
Orxan Əliyev – 1
Ramil Həşimzadə – 1
Səlahət Ağayev – 1
Taner Takyak – 1
Elçin Sadıqov – 1
Bəxtiyar Həsənəlizadə – 1
Aqşin Muxtaroğlu – 1.“Sumqayıt” FK evdə 12, səfərdə 10 xal toplayıb

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının ilkin təsnifat mərhələsini 22 xalla 10-cu pillədə başa vurub. Bernhard Raabın komandası doğma azarkeşləri qarşısında 11 oyuna çıxıb. 3 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətə imza atan “Sumqayıt” FK 10 qol vurub qapısında isə 16 qol görüb. Komandamız bu görüşlərdə 12 xal qazanıb.
Gənclik şəhərinin təmsilçisi səfərdə keçirdiyi 11 qarşılaşmada 2 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətə imza atıb. Bu oyunlarda 10 qol vurub qapısında 23 top görən “Sumqayıt” FK aktivinə 10 xal yazdıra bilib.

Qeydə alınan nəticələr
“Sumqayıt” – AZAL 2:2
“Turan” – “Sumqayıt” 0:1
“Sumqayıt” – “Qarabağ” 1:6
“Qəbələ” – “Sumqayıt” 4:1
“İnter” – “Sumqayıt” 1:0
“Sumqayıt” – “Neftçi” 3:2
“Sumqayıt” – “Bakı” 1:0
“Simurq” – “Sumqayıt” 1:0
“Sumqayıt” – “Rəvan” 0:1
“Kəpəz” – “Sumqayıt” 0:0
“Sumqayıt” – “Xəzər Lənkəran” 1:1
“Sumqayıt” – “İnter” 0:0
“Neftçi” – “Sumqayıt” 8:1
AZAL – “Sumqayıt” 1:1
“Sumqayıt” – “Simurq” 0:1
“Sumqayıt” – “Qəbələ” 0:1
“Rəvan” – “Sumqayıt” 2:3
“Sumqayıt” – “Kəpəz” 2:1
“Bakı” – “Sumqayıt” 1:1
“Qarabağ” – “Sumqayıt” 3:0
“Sumqayıt” – “Turan” 0:1
“Xəzər Lənkəran” – “Sumqayıt” 2:2

Evdə     11 3 3 5 10-16 12
Səfərdə 11 2 4 5 10-23 10

Doğma meydanda daha çox tamaşaçı

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasında ən çox azarkeşə sahib olan klublardandır. Komandamız evdəki görüşlərdə azarkeşlərinin dəstəyini demək olar ki, daim hiss edib. Klubumuzun evdə keçirdiyi oyunları 37750 nəfər azarkeş izləyib. Bu göstərici səfərdəki oyunlarda 21000 nəfərdir. Evdə “Qarabağ”, “Neftçi” və “Rəvan”la oyunlar ən çox qeydə alınmış görüşlər olub.

Evdə ən çox tamaşaçı
“Sumqayıt” – “Qarabağ” 1:6 (8000 tamaşaçı)
“Sumqayıt” – “Neftçi” 3:2     (8000 tamaşaçı)
“Sumqayıt” – “Rəvan” 0:1     (8000 tamışaçı)

Evdə ən az
“Sumqayıt” – “Kəpəz” 2:1 (150 tamaşıçı)

Səfərdə ən çox
“Turan” – “Sumqayıt” 0:1 (6000 tamaşaçı)

Səfərdə ən az
AZAL – “Sumqayıt” 1:1 (200 tamaşaçı)

Elvin Əsgərov ən çox oyun idarə edən hakimdir

Arxada qalan 22 turda 10 ədalət təmsilçisi “Sumqayıt” FK-nun oyunlarını idarə edib. Əyalət təmsilçisinin oyunlarına ən çox təyinat alan referi Elvin Əsgərovdur. Əsgərov 4 görüşdə baş hakim kimi Raabın komandasını meydana çıxarıb. Gənclik şəhərin təmsilçisi onun idarə etdiyi görüşlərdə 6 xal toplamağı bacarıb.

Baş hakimlər:
Elvin Əsgərov – 4 (+, +, -, -)
Rauf Cabbarov – 3 (+, -, -)
Elçin Məmmədov – 3 (-, -, =)
Anar Salmanov – 2 (+, =)
Rəhim Həsənov – 2 (=, =)
Əliyar Ağayev – 2 (=, =)
Ramil Diniyev – 2 (-, =)
Vüsal Əliyev – 1 (+)
Orxan Məmmədov – 2 (-, -)
Fariz Yusifov – 1 (-)

Baş hakimin köməkçiləri:
Nahid Əliyev – 4
İsgəndər Əliyev – 4
Rahil Ramazanov – 3
Azər Əsgərov – 3
Mehman Mahmudov – 3
Munis Abdullayev – 3
Namiq Hüseynov – 3
Elşən Acalov – 3
Coşqun Həsənov – 3
Mübariz Haşımov – 2
İlham Əliyev – 2
Ramiz Əsədov – 2
Rza Məmmədov – 2
Elman Musayev – 2
Zeynal Zeynalov – 1
Yaşar Abbasov – 1
Knyaz Əmiraslanov – 1
Cavanşir Yusifov – 1.
Vaqif Musayev – 1.

Dördüncu hakimlər:
Tahir Əhmədov – 5
Fərid Məmmədov – 3
İnqilab Məmmədov – 3
Ömər Paşayev – 3
Orxan Məmmədov – 2
Feyzulla Feyzullayev – 2
Elvin Əsgərov – 2
Əliyar Ağayev – 1
Elçin Məmmədov – 1

Qeyd: + qələbə, = heç-heçə, – məğlubiyyət deməkdir.

“Sumqayıt” FK Azərbaycan kubokunda

Ölkə kubokuna 1/8 final mərhələdən start verən “Sumqayıt” Futbol Klubu səfərdə 200 tamaşaçı qarşısında “Bakı” ilə qarşılaşıb. Rauf Cabarovun idarə etdiyi görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb. “Sumqayıt”ın yeganə qoluna penaltidən Murad Hüseynov imza atıb.
Qeyd edək ki, bu qarşılaşmada “Sumqayıt”ın iki üzvü – Emin Cəfərquliyevlə Xəyal Mustafayev sarı vərəqə ilə cəzalandırılıb.

90. Anar Məhərrəmov – 90 dəqiqə
4. Samir Abasov – 90
8. Aqşin Muxtaroğlu – 62
77. Əbülfət Abbasov – 28
11. Sabir Allahquliyev – 90
13. Murad Ağayev – 90
17. Emin Cəfərquliyev – 90
22. Xəyal Mustafayev – 90
25. Aydın Qasımov – 90
27. Ramil Həşimzadə – 46
7. Pərdis Fərcad Azad – 44
70. Şamil Camaləddin – 90
95. Ruslan Nəsirli – 64
50. Murad Hüseynov – 2

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər