“Sumqayıt”ın üç futbolçusu milli komandalara dəvət alıb

618

“Sumqayıt” komandasının üç legioneri ölkələrinin milli komandalarına çağırılıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bunlar İsa Suliman, Kazimir Ninqa və Tresor Mossidir.

İ. Suliman dünya çempionatının Asiya zonası üzrə təsnifat mərhələsi çərçivəsində martın 21-də və 26-da İordaniya ilə qarşılaşacaq Pakistan millisinə dəvət alıb.

K.Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində martın 22-də və 26-da müvafiq olaraq evdə və səfərdə Mavritaniya ilə qarşılaşacaq Çad millisinə çağırılıb.

Tresor Mossi isə Burundi millisinin 22 və 25 martda beynəlxalq yoldaşlıq matçları çərçivəsində Madaqaskar və Botsvana keçirəcəyi görüşlər üçün siyahıya salınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər