Sumqayıtın yeni stadionu belə olacaq – FOTOLAR

4316

Sumqayıt şəhərində yeni stadion inşa edilir.

İndex.az xəbər verir ki, Sumqayıtda yerləşən və 60 il əvvəl istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt Stadionunun yerində yenisi tikilir.

Şəhər stadionunun tikintisinə bu ilin əvvəlindən başlanılıb. Bu məqsədlə Prezidentin dövlət büdcəsindən nəzərdə tutlmuş Ehtiyat Fondundan Sumqayıt şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılı.

Hazırda stadionun tribunalarının tikinti işləri aparılır. Tikinti işləri qrafikə uyğun olaraq həyata keçirilir. Material təminatında isə heç bir problem yoxdur.

Bildirilir ki, idman arenası beynəlxalq standartlara uyğun inşa edilir. Bu da staionda ölkə və beyynəlxalq əhəmiyyətli oyunların keçirilməsinə imkan verəcək. Yeni tikilən stadion gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, stadionun qarşısında nerjdən futbolçu heykəli və fəvvarə kompleksi qurulacaq. Dünya  stadion  tikililərində ilk  dəfə  olacaq ki, Sumqayıt  stadionunun qarşısında  nerj  materialdan hazırlanmış  iki  futbolçunun  mücadilə  formatlı heykəl- hərəkətli fəvvarə  kompleksi də ucaldılacaq. Bu heykəlin  ətrafında  hərəkətli fəvvarə inşa  olunacaq.  Bu fəvvarələr dünya futbolunda məhşur “Braziliya dalğası” rolunu  oynayacaq.

Bundan başqa, dünya stadion tikililərində bir yenilik olan Sumqayıt stadionunun yeni dizaynı modern üslubda olmaqla şəhər memarlığına böyük töhfə verəcək. Əvvəlki stadion tikililərində  əsasən eksteryer tərtibata bir o qədər də diqqət yetirilmirdisə, artıq  stadion tikilisində eksteryer tərtibat  şəhərlər  memarlığına töhvə  verir. Bu konteksdə də incə milli  üslublu detallara bükülür ki, bu da estetik baxımdan azərkeşlər, şəhər  əhalisinə, həm də şəhərə  gələn turistlərə böyük zövq verəcək.

Bildirilir ki, stadionun tikintisində üzlük  materialından və daş-üzlüklərdən qəti istifadə  olunmayır. Əksinə, üzlük materialları paslanmaz poladdan (nerj) olacaq ki, bu  da tikiliyə  baxdıqda  yoruculuq  gətirməyəcək, mükəmməl  zövq verəcək.

Həmçinin, stadionun ərazisində  müxtəlif formalarda  idmançıların heykəlləri də  yerləşdiriləcək. Stadion təkcə futbol xidməti göstərməyəcək. Burada müxtəlif idman yarışlarının da keçiriləcəyi bir məkana işarədir. Bir sözlə, buradakı abu hava  bu stadionun olimpik bir  statusda olmasına  dəlalət  edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər