Sumqayıtda orta məktəbi bitirən məzunların və ali məktəblərə sənəd verən abituriyentlərin sayı açıqlanıb. 2018/2019-cu tədris ilində Sumqayıt Şəhər Təhsil Şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərini 2822 şagird bitirib. Onlardan 2503-ü ali məktəblərə qəbul imtahanlarında iştirak edib.
İlkin məlumata əsasən qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 407-si 500-dən, 153-u 600-dən, 37-si isə 650-dən yuxarı bal toplayıb.
Sumqayıt məktəbləri arasında ən yüksək nəticəni Texniki və Təbiət Elmləri Liseyinin məzunu Məhəmməd Ağamalıyev göstərib. Belə ki, o, ali məktəblərə qəbul imtahanında 694 bal toplayıb.