Sumqayıtlı alimin 2 kitabı nəşr olunub

897

“Elm” nəşriyyatında iqtisad elmləri namizədi Şəfa Əliyevin “Xüsusi iqtisadi zonalar: prioritetlər və qloballaşma şəraitində onlardan istifadə problemləri” və “Azərbaycan iqtisadiyyatının davamlı inkişafının ən mühüm determinantları” adlı iki kitabı çapdan çıxmışdır.

Hər iki kitab MDB ölkələrinin elmi jurnallarında dərc edilmiş materiallar əsasında hazırlanmışdır. Geniş oxucu kütləsi, tələbələr və mütəxəssislər üçün nəzərdə tutulmuş bu kitablarda alimin iştirak etdiyi beynəlxalq elmi konfrans və simpoziumların materiallarından ibarət məcmuələrə daxil edilmiş çıxışları da öz əksini tapmışdır.

Avropa İqtisadçılar Assosiasiyasının və İqtisadçıların Beynəlxalq Konsaltinq Assosiasiyasının üzvü olan Şəfa Əliyev 130 elmi məqalənin, bir neçə monoqrafiya və kitabın müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, iqtisad elmləri doktoru Əvəz Bayramov sumqayıtlı alimin çoxillik əməyini yüksək qiymətləndirərək demişdir: “Əminəm ki, müasir alimin vəzifəsi ilk növbədə dünya iqtisadi sisteminin nəzəri aspektləri arasında qarşılıqlı əlaqələri hərtərəfli öyrənməkdən, müasir prosesləri real şəraitə uyğunlaşdırmaqdan və səmərəli iqtisadi rıçaqları təyin etməkdən ibarətdir”.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər