Sumqayıtlı alimlər Almaniyada

715

Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri – Strateji Araşdırmalar Mərkəzinin direktoru, dosent Günel Paşayeva və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova Almaniya Federativ Respublikasının Brandenburq Texniki Universitetində (BTU) ezamiyyətdə olublar.

Səfər zamanı universitet əməkdaş­ları BTU-nun Kottbus və Zeftenberq şəhərlərində yerləşən korpuslarının maddi-texniki bazası, akademik heyəti, elmi-tədqiqat laboratoriyaları və tədrisin təşkili ilə yaxından maraqlanıblar. BTU-nun mütəxəssisləri ilə görüşlər işgüzar şəraitdə keçib, müxtəlif proqramlar barə­də faydalı fikir mübadiləsi aparılıb. Ətraflı müzakirələr universitetlərin mümkün ola biləcək bütün istiqamətlərdə əməkdaşlı­ğa başlamaq üçün hazır olduğunu göstə­rib.

Görüşlər zamanı birgə ikili diplom proqramının hazırlanması ilə bağlı müəyyən ortaq nöqtələrin olduğu qeyd edilib. Bildirilib ki, BTU-nin maşınqayır­ma, elektrik mühəndisliyi və enerji sis­temləri fakültəsinin müvafiq proqramı ilə bağlı əməkdaşlıq SDU-da analoji mode­lin yaradılmasına stimul ola biləcək. Eyni zamanda, BTU tərəfindən SDU məzun­larının müxtəlif ixtisaslar üzrə magistra­tura proqramına müraciət edə biləcəyi qeyd olunub. Bundan əlavə, tələbə və müəllim mobilliyinin, mübadilə proqram­larının həyata keçirilməsi üçün hazırlıq əzmi bəyan edilib.

Zəngin görüş proqramının bir hissəsi kimi, sumqayıtlı qonaqlar Drezden şəhə­rində Volksvagen şirkətinin elektrikli ma­şınlar istehsal edən zavoduna da səfər edib və istehsalatla yaxından tanış olub­lar.

SDU nümayəndələrinin ölkəmizin Al­maniyadakı səfirliyində də görüşləri olub.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər