21 yaşlı əsgər Sumqayıt Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb
Cəbhədə sakitlik yenidən pozulub.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Yanvarın 17-də saat 12.30 radələrində Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər Azadəliyev Məmməd Rasim oğlu şəhid olub. 1990-cı il təvəllüdlü M.Azadəliyev ötən ilin oktyabrında Sumqayıt Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Düşmən cavab atəşi ilə susdurulub.
Allah Rehmet Elesin ailesine ve yaxinlarla sebr dileyirem veten sagolsun