Sumqayıtlı futbolçu: “Bizim “Qarabağ”a qarşı sindromumuz yoxdur”

1000

Sumqayıt futbol məktəbinin yetirməsi olan milli komandamızın və  “Neftçi”nin üzvü Mahir Şükürov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 25-ci turunda qarşılaşacaqları “Qarabağ” komandası haqqında fikirlərini bildirməklə yanaşı, komanda yoldaşı Araz Abdullayevlə bağlı da danışıb.

 

– “Neftçi” bu mövsüm niyə “Qarabağ”a qalib gələ bilmir?
– Bizim onlara qarşı oyunlarımız alınmamışdı. “İnter”i məğlub edə bildik. İndi “Qarabağ”a qalib gəlməliyik. Şəxsən mənim üçün “Qarabağ”a qarşı oynamaq “İnter”ə qarşı mübarizə aparmaqdan daha asandı.

– Niyə?
– Çünki “İnter” müdafiəyə daha çox diqqət ayırır, nəinki “Qarabağ”. Müdafiə olunmağı yaxşı bacaran komandalarla mübarizə aparmaq həmişə çətin olur. Amma etiraf edirəm ki, ağdamlılar da çətin rəqibdilər.
– Demək olar ki, “Neftçi”nin “Qarabağ”a qarşı sindromu var?
– Bunu sindrom adlandırmaq olar? Sadəcə, biz bu mövsüm onları məğlub edə bilmirik. Amma çempionat hələ davam edir. “Qarabağ”ın yaxşı heyəti var. Futbolçularının çoxu yığmada çıxış edir.
– “Qarabağ”ı məğlub etməməklə lider qalmaq olar?
– Çempion olmaq üçün bütün rəqiblərimizi məğlub etməliyik. Sonra deməsinlər ki, “Neftçi” bütün mövsüm ərzində hansısa komandanı məğlub edə bilmədi. “Qarabağ” üzərində də qələbəyə köklənmişik. Heç-heçə bizim üçün iki xal itkisi olacaq.
– Çempionatın bitməsinə səkkiz tur qalıb. “Neftçi”yə neçə qələbə lazımdı ki, komanda sakitləşsin?
– Daha iki qələbə bizi çempionluğa yaxınlaşdıracaq. Amma biz bu tempi sona qədər qoruyub saxlaya bilərik. Son oyunlarımızı doğma meydanda keçirməyimiz bizim üçün müsbət məqam sayıla bilər.
– Araz Abdullayevin avtomobilə qəzasına uğraması komandaya nə dərəcədə təsir göstərdi?
– Bütün komanda şokda idi. Qəzanın qurbanlarına görə çox təəssüf edirik. Aydın məsələdi ki, Araz belə bir halın baş verməsini istəmzdi. Amma olan olub və bu durumdan birgə çıxmalıyıq. “İnter” üzərində qələbə də göstərdi ki, biz güclü kollektivik.
– Qəzadan sonra Abdullayevlə görüşmüsüz?
– Əlbəttə, o, mənim üçün kiçik qardaş kimidi. Onun uğurlu çıxışında mənim də rolum var. Həmişə ona düzgün yol göstərmişəm. Böyük qardaş kimi həmişə səhvlərini demişəm. Hesab edirəm ki, onu dəstəkləmək lazımdı. Bu haqda da danışmışam, demişəm ki, güclü olmaq lazımdı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər