Sumqayıtlı gənc Azərbaycanda ilin tələbəsi oldu – Almaniyada çalışacaq

480

Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.

Sumqayitxeber.com “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.

Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb.

Bu il isə 98,21 balla ATU-dan məzun olub.

O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər