Qaynarinfo yeni layihəyə start verib. Layihə çərçivəsində yazıçılar həmkarlarının yaradıcılığı barədə fikirlərini bölüşəcəklər.
Bu dəfəki qonağımız gənc yazıçı, “Məcnunxana” romanının müəllifi Çinarə Ömraydır.
İdeal yazı axtarışında olmadığını deyən Çinarə bəyəndiyini oxuyub özümə nə lazımdırsa götürür, bəyənmədiyini də oxumur.
-Müasir yazıçılardan kimləri mütəmadi olaraq izləyir və yazılarını oxuyursan?
– Pərviz Cəbrayıl, Şərif Ağayar, Aqşin Yenisey, Şəhriyar Del Gerani, Kəramət Böyükçölün bütün müsahibələrini və köşələrini maraqla oxuyuram. Bir də Ömər Xəyyamın köşələrini izləyirəm. Maraqlı yanaşmaları var.
– Bir oxucu kimi oxuduğun yazıçılarda nəyi bəyənmirsən? Nə olsa, daha yaxşı olardı deyə düşünürsən?
– Əslində, tək yazıda yox, bu hər yerdə keçərlidir. Bir şey də səhv axtarırsansa, mütləq ki, tapacaqsan. Ən ideal yazılarda belə. Ona görə də buna fikir vermirəm. Bəyənmədimsə, qatdıyıb qoyuram kənara, bəyəndiyimdən nəsə açıb oxuyuram. Və yazdıqlarında “nə olsa daha yaxşı olardı”ları yaradanları oxumağa çalışıram ki, onlardan yararlana bilim.
– Bizim yazıçılar bir-birinin ancaq şəxsi həyatlarını tənqid edir. Ədəbi tənqiddən qaçırlar. Buna səbəb aralarındakı dostluqdur, yoxsa ədəbiyyat biliklərinin zəifliyi?
– Bu çox normaldır, çünki onlar tənqidçi deyil, yazıçıdır. Tənqid, təhlil etmək onların işi deyil axı.
– 100 ildən sonra ədəbiyyatda kimlərin adı və hansı əsəri ən yaxşı ədəbiyyat nümunəsi kimi göstəriləcək deyə düşünürsən?
– Onu 100 ildən sonra biləcəyik (bu o deməkdir ki, biz də 100 il yaşıyıb onu biləcəyik). Əslində tarix yazıçı yetişdirmir, yazıçı tarix yazır. O tarixi yaza bilən kəs elə həmin tarixdə də qalan şəxs olacaq.
BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN: