Sumqayıtlı gəncə hakim partiyanın gənclər birliyində yüksək vəzifə verildi – FOTO

1941
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.
İclasda Bəxtiyar İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib.
Qeyd edək ki,Sevinc Qasımova Sumqayıt şəhər sakinidir və fəal gənclərdən biridir.
YAP Gənclər Birliyinin yeni sədr müavini Qasımova Sevinc Saleh qızı Bakı Mühəndislik Universitetində təhsil alıb. YAP Sumqayıt şəhər təşkilatı GB sədrinin müavinidir. “Sabahın alimləri” respublika müsabiqəsinin gümüş və bürünc mükafatçısıdır. Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin könüllülük proqramı üzrə koordinatoru, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin Sumqayıt nümayəndəliyinin rəhbəri olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər