Sumqayıtlı gənclərdən nəcib təşəbbüs: “Təmiz sahil, sağlam həyat”

1147

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə növbəti “Təmiz Sahil, Sağlam Həyat” devizi altında Sumqayıt Bulvarının dənizkənarı sahilində təmizlik aksiyası keçirilmişdir.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov öncə bildirib ki, aksiya maarifləndirmə xarakteri daşımaqla yanaşı, şəhərin təmizliyinə və  ekologiyasının qorunub saxlanmasına görədir.  Sədr gənclərin bu təşəbbüsün  alqışa layiq olduğunu və uğurlar arzu edərək aksiyaya start vermişdir.

“Təmiz Sahil, Sağlam Həyat” devizi altında YAP Sumqayıt şəhər təşkilatının bir qrup fəalları, Sumqayıt Gənclər Evinin və  Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülələrinin iştirakı keçirilmişdir. Tədbirin əsas məqsədi yay fəslinin bitməsi ilə əlaqədar olaraq,  sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.

 Sonda “Təmiz Sahil, Sağlam Həyat” devizi ilə keçirilmiş təmizlik aksiyasında toplanmış tullantıları məişət tullantıları poliqonuna daşınmasın təmin edilmişdir. Gələcəkdə bu kimi ictimai, sosial və ekoloji aksiyaların davam etdirilməsi daim diqqətdə saxlanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər