Sumqayıtlı idmançı yenidən zirvədə

1118

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.

Oxu.Az-ın məlumatına görə, yarışda 10-cu turun oyunları keçirilib.

Super turnirdə Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa çatdırıb.

O, qara fiqurlarla oynadığı partiyada rusiyalı Peter Svidlerlə üz-üzə gəlib. Rusiyalı qrossmeyster 21-ci gedişdə təslim olub.

Bu nəticədən sonra xalını 7-yə yüksəldən Məmmədyarov turnir cədvəlinin zirvəsinə yüksəlib. O, Aniş Qiri ilə eyni xala malik olsa da, əlavə əmsallara görə, ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, 11-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünyanın ən güclü şahmatçısı Maqnus Karlsenlə qarşılaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər