II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərin sayı açıqlanıb.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 793 abituriyentdən (II qrup üzrə 16 758 nəfər, III qrup üzrə 21 035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur.Fuad Quliyev imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.