Sumqayıtlı mütəxəssis yeni pullar hazırladı – əskinasların üzərində Məhəmməd Əmin Rəsulzadə, Mübariz İbrahimov… – VİDEO

1858
Cümhuriyyətin və Milli Ordunun 100 illik yubileyi münasibətilə Azərbaycanda ilk dəfə fantaziya pulları tərtib edilib. Rəssam Çingiz Həziyev, üzərində Azərbaycanın müxtəlif dövrlərinin xəritələri və görkəmli şəxslərin təsvirinin əks olunduğu banknotlar hazırlayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin və ordusunun 100 illiyi ilə bağlı ilk milli fantaziya pulları hazırlanıb.
Sumqayıtlı kolleksiyaçı Çingiz Həziyev Cümhuriyyətə aid 5 cür banknot tərtib edib. Bunların 4-ü Azərbaycan ordusunun, 1-i isə cümhuriyyətin 100 illiyinə həsr olunub. Hər bir fantaziya pulunun bir üzündə Azərbaycanın o dövrdəki xəritəsi əks olunub.
Digər banknotlarda isə Azərbaycanın qədimdən bu günə kimi olan dövrlərdə sərkərdələri, hərbçiləri və görkəmli şəxsləri əks olunub
Çingiz Həziyev müasir Azərbaycanı əks etdirən banknot da hazırlayıb. Müasir Azərbaycanın fantaziya pulunda milli qəhrəmanımız Mübariz İbrahimovun rəsmi yer alıb.
İxtisasca rəssam olan kolleksiyaçı deyir ki, hazırladığı fantaziya pulları qiymətli kağız və pul əskinası sayılmır, sırf kolleksiyalar və hədiyyə üçün nəzərdə tutulub. Müəllif deyir ki, Azərbaycanın neft sənayesi, xocalı soyqırımı ilə bağlı da banknotlar hazırlamağı düşünür. Məqsədi isə bu fantaziya pullarının xarici turistlər xasitəsilə dünyaya çıxarmaq və Azərbaycanın tarixini tanıtmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər