Sumqayıtlı şair, publisist Rafiq Odayla görüş keçirilib

607

9 mart 2013-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə, AYB-nin üzvü, AJB-nin Sumqayıt şəhər şöbəsinin sədri, ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin əməkdaşı, “H.B.Zərdabi” və  “Qızıl Qələm” mükafatları laureatı, şair, publisist Rafiq Odayla görüş keçirilmişdir.

 Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Sevimli şairimiz, sadəliyi və insanlığı  ilə seçilən Rafiq Oday kimi. Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri  təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və hörmət edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri ilə, qazandıqları naliyyətlərə, göstərdikləri xidmətlərlə, titulları ilə öyünmürlər. Əksinə, uğurlar artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilir və daha çox naliyyət əldə etməyə çalışırlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər. Lovğalıq, özünü öymək, “mənəm-mənəm” demək və hamıya yuxarıdan  aşağı baxmaq meyli fəallıq və təvazökarlıqdan məhrum edir, onun kollektiv qarşısında hörmətdən salır. Belə adamları heç kim xoşlamır və heç kim onlarla ünsiyyətə girmək istəmir.

Bütün bunları sadalamaqda məqsədim bir daha Rafiq Oday haqqında içimdən gələn, eyni ilə minlərlə oxucunun onun haqqındakı xoş hisslərdir. Və bu hissləri oxucularla  bölüşməmək özü bir günahdır. Vətəninə, millətinə olan hədsiz sevgisi onun şeirlərində xüsusi yer tutur. Haqqı hər zaman uca tutan Rafiq Oday, mərdlik, dürüstlük nümunəsi olaraq hamıya örnək olmuşdur. Bir neçə kitabın, yüzlərlə elmi və publisistik məqalənin müəllifi, 100-dən artıq kitabların redaktoru kimi tanınan Rafiq Oday Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin əməkdaşı, eyni zamanda “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçi və baş redaktorudur. Məhz bütün bu müsbət keyfiyyətləri ilə tanınan hörmətli qələm ustadımızın ardıcıl olaraq silsilə görüşləri keçirilir. Rafiq Oday ilə belə bir görüş Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə keçirildi.

Məktəbə əvvəllər rəhbərlik edən direktorlar – Qənirə Mehdixanlı, Sevil Kamilo­vaın dövründə də bir çox tanınmış şair və yazıçıların müəllim və şagirdlərlə görüşləri keçirilirdi. Artıq bu ənənəni davam etmək məqsədi ilə Rafiq Odayla görüş məktəbin yeni rəhbərliyinin, o cümlədən həmin məktəbin müəllimi, AYB-nin və AJB-nin üzvü, şair, publisist Asif Asimanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirildi.

“Bir yol başlamışam…” adlı musiqili, ədəbi, bədii tədbir məktəbin akt zalında keçirildi. Tədbiri məktəbin direktoru Bəhruz Səlimxanov açaraq, şairi və qonaqları salamladı. Rafiq Odayın şairliyi ilə yanaşı, Sumqayıt jurnalistikasına rəhbərliyin­dən danışdı. Həmçinin bildirdi ki, dövlətçiliyimizin təbliğində, yazdığı nümunəvi silsilə şeirlər və yazılar buna sübutdur. Bir daha şairə vaxt ayırıb məktəbimizə şagirdlərlə görüşə gəldiyinə görə öz minnətdarlığını bildirdi. Sonra isə tədbiri aparmaq üçün sözü hörmətli şairimiz Asif Asimana verdi. Asif  müəllim Rafiq Oday haqqında xoş təəssüratlarını oxuculara çatdırdı və  “Bir  yol başlamısan” şeiri ilə tədbirə giriş verdi:

Bir yol başlamısan üzü sabaha,

Bu yol qardan keçir, qadadan keçir.

Bu yol qasırğalı dənizdən keçir,

Bu yol ot bitməz adadan keçir.

Sonra isə söz məktəbin şagirdlərinə verildi. Həsənova Nuriyyənin ifasında “Bir yol başlamışam”, Cəbrayılova Zeynəb, Məmmədova Nərgiz, Həsənova Nuriyyə, Əhmədzadə Nərminin ifalarında “Ali baş komandanım”, Gülməmmədova İlkanənin ifasında “Sənə lazımammı?”, Salmanova Nərminin ifasında “Ruhum məni tərk edir”, Məmmədova Nərgizin ifasında “Nağıllaşan illərim”, Rəsulzadə Nərminin ifasında  “Gedim” şeirləri  səslənildi.

Tədbirə dəvət olunan saz-söz sənətini yaşadan və gənc nəsilə təbliğ edən aşıq Cəbrayıl Gilançaylının ifası və aşıq Ramil ilə deyişməsi məclisi daha da rəngarəng etdi. Tədbirdə hörmətli şairimizlə yanaşı, “ Möhtəşəm  Azərbaycan” qəzetinin redaktoru, AYB-nin və AJB-nin üzvü, şairə Nisə xanım Qədirova və qəzetin əməkdaşları, AYB-nin üzvü,  şair  Elburus  Qayalı  da təşrif  buyurmuşdular.

Hörmətli şairimiz Asif Asimanın Rafiq Odaya həsr etdiyi “Bir yol başlamısan” şeiri məktəbin müəllimi, AJB-ni üzvü Vüqar  İltifatoğlu tərəfindən bədii qiraət olundu. Sonra şagirdlər tərəfindən Rafiq müəllimə suallar verildi və cavablandırıldı. Sonda  xatirə olaraq kollektiv şəkillər çəkdirildi.

 

Vüqar  İltifatoğlu,                      

AJB-nin üzvü,  “Yeganə Yol” qəzetinin məsul katibi,

Sumqayıt şəhər 9 saylı tam orta məktəbin müəllimi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Rafiq Oday
    Mart 15, 2013 - 12:41

    Dərin minnətdarlığımı və təşəkkürlərimi qəbul edin.

  • Rafiq Oday
    Mart 15, 2013 - 12:49

    O bir bənd şeirə mən də fikir verməmişəm. 1-ci və 4-cü misralarənda yanlışlıq var. Ona görə də bəndin dəqiq variantını yazıram:

    Bir yol başlamışam üzü sabaha,
    Bu yol qardan keçir, qadadan keçir.
    Bu yol qasırğalı dənizdən keçir,
    Bu yol ot bitirməz adadan keçir.

    Yazıda da düzəlsə çox şad oldram.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər