Sumqayıtlı tələbə qız üstündə bıçaqlandı

810

Sumqayıtlı gənc Mingəçevirə oxumağa getmişdi…

Şəhər Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Politexnik İnstitutunun 3-cü kurs tələbəsi olan Sumqayıt sakini 21 yaşlı Elvin Qədirov bıçaqlanıb. O, mayın 25-də saat 01:00 radələrində ağır xəsarətlə xəstəxanaya gətirilib.

Tələbəyə bıçaq xəsarəti yetirən şəxs də tezliklə müəyyən edilib. Polis E.Qədirova xəsarət yetirən Mingəçevir sakini, 21 yaşlı Rəsul Səfərovu şübhəli şəxs qismində saxlayıb. O, ilikin dindirmə zamanı hadisənin qız üstündə baş veridiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov,  Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər