Sumqayıtlı tələbələr beynəlxalq yarışmada uğur qazanıblar

1363

Azərbaycan Tibb Universitetinin tələbələri beynəlxalq yarışmada yüksək yer tutublar. Universitetin II Müalicə-profilaktika fakültəsinin V və VI tələbələri Leyla Gəncəliyeva ilə Ədalət Gəncəliyev IFMSA-InSimu III Beynəlxalq Diaqnostika Çempionatında 1000-dən çox iştirakçı arasında 5-ci yerə çıxıblar.

Onlayn formatda keçirilən çempionatda 90 ölkədən 419 komanda (ümumilikdə 1068 iştirakçı) yarışıb. Onlar 3 gün ərzində fərqli mövzular üzrə 1 saatlıq müsabiqədə iştirak ediblər. ATU-nu təmsil edən Gəncəliyevlərin komandası  ilk beşlikdə qərarlaşıb.

Diaqnostika üzrə çempionat IFMSA və InSimu tərəfindən üçüncü dəfədir təşkil olunur. Yarışmanın hədəfi qeyri-dəqiq diaqnozların qoyulması ilə mübarizənin təbliğidir. Bu onlayn təşəbbüs dünyanın hər yerindən tibb tələbələrinə kliniki biliklərini müqayisə etmək və biliklərini paylaşmağa imkan verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər