Sumqayıtlı xanıma yeni vəzifə verilib

2690

Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radio jurnalistikası kafedrasının dosenti, filologiya elmləri namizədi, BDU-nun sabiq kafedra müdiri Aynur Kərimova yeni vəzifəyə təyin olunub.

sumqayitxeber.com xəbər verir ki,  A.Kərimova yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edir.

Xatırladaq ki, A.Kərimova 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə orta məktəbi medalla bitirib. BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 1991-1994-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb. 1994-cü ildən Jurnalistika fakültəsi Televiziya və radio jurnalistikası kafedrasının müəllimidir.

2008-ci ildə “Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2012-ci ildən Televiziya və radiojurnalistikası kafedrasının müdiridir.  50 məqalənin, 2 kitabın müəllifidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər