Sumqayıtlılara ŞAD XƏBƏR: Daha 6 müəssisə fəaliyyətə başlayacaq

2171

Sumqayıt Kimya Sənaye Parkındakı layihələrə 1,9 milyard dollar investisiya yatırılıb.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyində bu gün keçirilən  geniş kollegiya iclasında nazir Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, 2017-ci ildə prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə  – “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, “MST Engineering Services” MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, “Alco Lubricant” MMC-nin sürtkü yağları istehsalı zavodu və “STDC” MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub.

“Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. Sumqayıt Kimya Sənaye Parkında daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb”, – deyə nazir vurğulayıb.

Ş.Mustafayev əlavə edib ki, hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Nazir qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər