Xəbər verdiyimiz kimi, avtovağzal ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında antisanitar vəziyyət, özbaşınalıq hökm sürür. Həmin ərazidə meyvə-tərəvəz bazarının nə qədər acınacaqlı və bərbad gündə olması həqiqətən dəhşət saçan görüntü yaradır.
Aidiyyəti qurumlar mövcud vəziyyətə biganə qalmayıblar. Ayrı-ayrı şəxslər tərəfindən yaradılmış natəmizliyi aradan qaldırmaq məqsədilə yarmarkanın şəhərin 42-ci məhəllə ərazisinə, qapalı məkana köçürülməsinə qərar verilib. Həmin ərazidə ət və ət məhsullarının satışı gigiyenik qaydalara uyğun olaraq həyata keçiriləcək.
Bütün məhsulların satışı iisə toksikalogiya laboratoriyasından keçirilərək təşkil olunacaq.