Sumqayt Olimpiya İdman Kompleksinin uğurları artır - VİDEO

3044


Respublikamızda inşa edilən Olimpiya İdman Kompleksləri idmanın sürətli inkişafını təmin etməklə yanaşı, həm də gənc nəslin sağlam yetişməsində əsaslı rol oynayır.Sumqayıt Olimpiya İdman Kompleksində idman növlərinin sirlərinə yiyələnmək üçün yaxşı şərait yaradılıb. Yeniyetmə və gənclər günün istənilən vaxtında kompleksə gəlib, maraqlandıqları idman növü ilə məşğul olmaqla, həm sağlamlıqlarının qeydinə qalır, həm də asudə vaxtlarını səmərəli keçirirlər.

Sumqayıt Olimpiya İdman Kompleksı Prezident İlham Əliyevin göstərişinə əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.Şəhərin17-ci mikrorayonunda üç hektar torpaq sahəsində inşa edilən kompleksin 2011 ci ilin dekabrında dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın iştirak ilə açılışı olub. Hal hazırda kompleksdə bədii gimnastika, aerobika, stolüstü tenis,voleybol,basketbol,taekvondo,karate, güləş,cüdo,futbol, məşqləri keçirilir. 6 ildir taekvando ilə məşğul oloan Xanoğlan Kərimov da kompleksin yetirməsidir və taekvando üzrə dünya çempionatında ikinci yerə çıxıb. Qəhrəmanımzı deyir ki,yarışlara gedəndə məqsədi bayrağımız dalğalandırmaq,himnimizi səsləndirməkdir. Özünü də dediyi kimi o an qürur hissi yaşayır.

Kompleksdə şəhər sakinləri ilə yanaşı Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər də idmanla məşğul olur. Qubadlı rayonundan məcburi köçkün olan Cavanşır Əliyev “Həkəri” futbol komandasının məşqçisidir, şəhər və rayonlarda tikilən belə komplekslər idmanla məşğul omaq istəyən hər kəsə geniş imkanlar açır ki,öz bacarıqlarını nümayiş etdirsin.Məşqçi deyir ki,70 tələbəm var bunların içindənbəziləri peşəkar futbolçu olaqcsa da,ən azından digər uşaqlar zərərli vərdişlərdən uzaq durur.Necə deyərlər,”Sağlam bədəndə sağlam ruh olar”.

Kompleksdə oğlanlarala yanaşı qızlar da idmanla məşğul olur. Yaşından asılı olmayaraq hər bir sumqayıtlı gənc kompleksdə idmanın müxtəlif sahələri ilə məşğul ola bilər. Elə gimnastika ilə məşğul olan balaca Zəhra kimi. Gələcəklə bağlı arzuları da böyükdür.

2009-cu ildən sərbəst güləşlə məşğul olan Səbinə Həmzəlizadə dünya və Avropa çempionatlarında mükafatlara layiq görülüb.Bu sahəni seçməsi də sadəcə maraqdan yaranıb.Dövlətin idmançlara göstərdiyi qayğı isə ona daha da stimul verir.

2009-cu ildən sərbəst güləşlə məşğulam, özüm dəfələrlə respublika çempionu,beynəlxalq turnirlərin qalibi olmuşam,Avropa dünya mükafatçısıyam. Qarşıdan gələn yarışlarımız çoxdur,dünya çempionatı var,turnirlərimiz var ora hazırlaşıram,inşallah əziyyətimiz yerdə qalmaz,məşqlərimiz davam eliyir sağ olsun müəllimlərimiz. Azərbaycanda idmana böyük qayğı var,böyük dəstək var,bildiyimiz kimi Azərbaycan idmançıları da hər yerdə öz sözünü deyir necə lazımdrsa,biz də inşallah çalışarıq ki,öz sözümüzü deyək idmanda Azərbaycanın bayrağını həmişə qaldıraq,himnini səsləndirək.

İdmanla məşğul omaq idmançı olmaq anlamına gəlmir. Asudə vaxtların səmərli keçirilməsi, zərərli vərdişlərdən uzaq olma, ən əsası isə sağlam bədən. İnsan orqanizmi üçün daha çox faydası olan idman növlərindən biri də üzgüçülükdür.Kompleksdə bunun üçün şərait də var.

Bir ildir ki,üzgüçülüyə gələn Əli İslamlı deyir ki,həkimin məsləhit ilə bura gəlib,artıq faydasın da görüb.

Əli kimi yüzlərlə gəncə məşq keçən Abdulla Cəbiyev respublika çempionudur. Deyir ki, bu idman növünün insanın hər bir orqanizminə faydası var ,həm də ölkəmizdə yeni yeni inkişaf etdiyindən ümidləri gələcəyədir.

Sumqayıt idmançıları qarşıalrına bir məqsəd qoyublar, Azərbaycan bayrağın yüksəklərə qaldırmaq. Elə bu xoş arzu ilə…

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər