TƏBİB sədri həyəcan təbili çalır: “Bu halda bizi acı nəticələr gözləyə bilər”

692

“Biz iki-üç həftə səbir etsək və inkubasiya dövrünü, simptomatik halları evdə keçirsək, yoluxma zəncirini qırsaq, normal həyatımıza qayıda biləcəyik”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bunu etməsək, məcburiyyət halında sərtləşdirmələr üçün hökumətə müraciət ediləcək:

“Çünki biz öz resurslarımızı səfərbər etmişik. Pasiyentlərin hansı ssenari ilə sayının artmasına hazırlıq görülüb. 22 tibb müəssisəsi ayrılıb. Onların kollektivi səfərbər edilib. Bundan sonra qonşu rayonlardan, Bakıdan təcrübəli mütəxəssislər cəlb edilib. Əlimizdə bütün ssenarilərə uyğun planlar var”.

“Xəstəliyin qarşısının alınması önəmlidir. Süni tənəffüsə keçə biləcək xəstələrin sayı artarsa, bizi acı nəticələr gözləyə bilər”, – deyə sədr qeyd edib.

O bildirib ki, gənc şəxslərin də xəstəliyi ağır keçirməsi halları müşahidə edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər