Tahir Mikişili İqor Qrosu ilə görüşüb – Fotolar

347

Avronest Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə İqor Qrosu Azərbaycan ilə Moldova parlamentləri arasında münasibətlərin yüksək səviyyədə inkişafından söz açıb. 2022-ci ilin fevralında Azərbaycana, o cümlədən Şuşaya səfərini xatırlayan İ.Qrosu işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-tikinti işlərinin nəticələri ilə maraqlanıb, mövcud dəyişikliklərlə tanış olmaq üçün bir daha sözügedən regiona səfər etməyə hazır olduğunu bildirib. O, ölkəmizlə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və əməkdaşlıq əlaqələrinə toxunub.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili parlamentlərarası münasibətlərdən söz açıb. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad olunmasından danışıb. O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə toxunan T.Mirkişili Azərbaycanın enerji və tranzit yükdaşıma potensialının dost ölkələr üçün əməkdaşlığa xidmət etdiyini vurğulayıb.

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu diqqətə çatdırıb, yaşıl enerji üzrə planlaşdırılan layihələrə qonşu Moldovanın da qoşulma perspektivlərinə toxunub.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, habelə iqtisadiyyat, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər