Tahir Mirkişili ASAN Könüllülük Məktəbinin qonağı oldu- FOTOLAR

985

28 noyabr 2018-ci il tarixində ASAN Könüllülük Məktəbinin İnnovativ Diskussiya Platformasının növbəti qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputati Tahir Mirkişili olub.

Tahir Mirkişili “Rəqəmsal iqtisadiyyat” haqqında çıxışə zamanı, müasir dünya trendlərini nəzərə alaraq gənclərin İKT sahəsinə daha çox maraq göstərməli olduğunu vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildən start götürən bu platforma Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir.

İnnovativ Diskussiya Platformasının əsas məqsədi könüllülərin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran sualları ünvanlamaq və fikir mübadiləsi aparmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər