Tahir Mirkişili ATƏT-də Paşinyanla bağlı MƏSƏLƏ QALDIRDI

187

ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçirilir.

Payız sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili də iştirak edib.

Modern.az xəbər verir ki, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini, deputat Tahir Mirkişili ATƏT-in Parlament Assambleyasının Daimi Komitəsində çıxışı zamanı diqqəti Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi elan edən təxribatçı bəyanatına yönəldib. Tahir Mirkişili rəsmi Yerevanın sərhədyanı ərazilərdə mülki şəxsin öldürülməsi ilə nəticələnən təxribata görə də cavabdehlik daşıdığını əlavə edib.

“Artıq 25 ildir ki, Azərbaycan Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizamlanmasına çalışır. Ermənistanın aqressiv siyasətinin davam etdirməsi və hərbi işğala əsaslanan mövcud status-kvonun saxlanılması üçün atdığı addımlar, bu yaxınlarda bu ölkənin rəhbərinin anneksiya ilə bağlı verdiyi bəyanat da daxil olmaqla, baxmayaraq ki, bu bəyanat daxili auditoriyaya yönəlmişdi regionda situasiyanın gərginləşməsinə səbəb olmuşdur. Bir neçə həftə öncə Ermənistanın baş naziri Azərbaycan işğal olunmuş ərazilərinə səfər edərək Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın bir hissəsi elan etmişdir. Bir neçə gün öncə isə Ermənistan əsgərlərini açdığı atəş nəticəsində Azərbaycan Ermənistan sərhədində bir mülki şəxs öldürülmüşdür.

Rusiya Xarici İşlər nazirliyi və ABŞ səfirliyi gərginləşən bu situasiyadan narahatlıqlarının bəyan etmişlər”.

 

Deputat ATƏT-in Ermənistana Qarabağ münaqişəsinin həllinə əngəl yaradan qeyri-konstuktiv mövqeyinə görə təsir etməsinə çağırıb.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi sülh yolu ilə həllinə xidmət etmir, əksinə, münaqişənin həlli üzrə son danışıqların mahiyyətinə zidddiyət təşkil etməklə danışıqlar prossesinin pozulmasına yönəlmişdir. Belə bir situasiyada biz ATƏT Parlament Assambleyasısını susmamağa, sahib olduğu rıçaqlardan istifadə etməklə Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər