Tahir Mirkişili ATƏT PA-da: Regionda çox təhlükəli situasiya yaranıb

826

Bişkekdə payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının əsas müzakirə mövzusu “Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə” olmuşdur. Müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionada olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışmışlar.

Sessiya çıxış edən deputat Tahir Mirkişili regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünü pozulması oıduğunu göstərmiş və Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. “Bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altında, əhalinin isə hər 9 nəfərindən 1-i məcburi köçkündürlər” – deyən Tahir Mirkişili bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalınn inkişafına mane olduğunu göstərmişdir.

Ermənistanda hökumət dəyişikliyinin Dağıq Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaratdığını deyən Tahir Mirkişili sonrakı prosseslərin və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlarının münaqişənin həllinə zərbə vurduğunu və bunun regionda yeni təhlükəlli situasiya yaratdığını qeyd etmişdir.

Regional təhlükəsizliyə nail olmaqda əsas məqsədlər kimi, o, daxili sabitlik, vətəndaş həmrəyliyi, cəmiyyətdə həmrəylik, multikulturalizm, dinlər arası və xalqlar arası dialoq, dayanlıq və dinamik iqtisadi inkişafı gösərmiş və buna nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbüsslərini dəstəkləməyə çağırmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər