Tahir Mirkişili: “Azərbaycan xarici maliyyədən istifadə etməyib müharibə edən ölkələrdəndir”

404

“Siyasi iqtisadiyyat və konfliktlər üzrə ekspertlər Maykl Allen və Metyu Di Cüzeppenin hesablamalarına görə, 1823-cü ildən 2013-cü ilə qədər müharibələrin 88 faizi xarici maliyyə (borc, yardım) ilə aparılıb. Hazırda Ukrayna xarici maliyyədən aktiv istifadə edir, Rusiyanın xarici ehtiyyatları isə, həbs edilib və dondurulub”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Tahir Mirkişilibqeyd edib ki, 2020-ci ildə müharibə edən Azərbaycan isə nəinki xarici maliyyədən istifadə etmədi, hətta 2021-ci ildə xarici dövlət borcunu 685,8 mln. dollar azaldaraq 8 135,7 mln. dollara endirmiş, bu da ÜDM-in 14,9%-ni təşkil edib. Yəni, Azərbaycan dünyada son 200 il ərzində xarici maliyyədən istifadə etməyib müharibə edən 12%-in içində olub. Bu isə Azərbaycanın iqtisadi müstəqilliyi və ölkə rəhbərinin əlahiddə geo-iqtisadi və geo-siyasi fəaliyyətinin nəticəsində mümkün olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər