Tahir Mirkişili: Azərbaycanın istəyi Türkiyənin daha da güclü olmasıdır

358

Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Türkiyənin Ərzurum şəhərinə səfərimizin məqsədi həm Ramazan ayında qardaşlarımızla bir yerdə olmaq, həm Azərbaycan Prezidentinin və xalqının salamlarını çatdırmaq, həm də ölkələrimizin əlaqələrinə töhfə verməkdir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

O bildirib ki, Türkiyə son zamanlar kifayət qədər inkişaf edib. Ərzurumda yaşayan insanların maddi durumları da yaxşıdır.

“Ərzurumda insanlarla söhbətimiz zamanı hər birinin qəlbində Azərbaycana və onun Prezidentinə olan sevgisini, münasibətini gördük. İki ölkə arasında sıx münasibətlər dediklərimizin sübutdur.

Azərbaycanın istəyi Türkiyənin daha da güclü olmasıdır. Hazırda Türkiyə çox mühüm seçki ərəfəsindədir. Biz türk xalqının müdrik xalq olduğunu bilirik. Ona görə də Türkiyə vətəndaşlarının doğru qərar verəcəyinə əminik”,- deyə T. Mirkişili vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər