Tahir Mirkişili beynəlxalq konfransda rəqəmsal transformasiyadan danışdı - VİDEO

749

“Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək deyib ki, 4-cü sənaye inqilabının mahiyyətində rəqəmsal transformasiya dayanır: “Rəqəmsal transformasiya bütövlükdə davranış qaydalarının, oyun qaydalarının dəyişməsi, yeni strategiya deməkdir. Rəqəmsal transformasiya insanlarda öz məqsədlərinə çatmaq üçün tamamilə yeni formaların, vərdişlərin formalaşması demədir. “İnsanlar buna hazırdırmı” sualına cavab versək görərik ki, bu məsələdə ciddi bir konservativlik var. Dünyada rəqəmsal transformasiyada ən ciddi konservatizmin olduğu sahə təhsil sahəsidir. Bu səbəbdən təhsilin 4-cü sənaye inqilabı perspektivindən dizaynı vacibdir”.
Tahir Mirkişilinin konfransdakı çıxışını təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər