Tahir Mirkişili: Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanla vahid mövqedən çıxış edir

305

Rusiyanın Qızıl Xaç Cəmiyyətinin yük maşınının Azərbaycanın ermənilər yaşayan bölgəsinə buraxılmaması və sülhməramlı kontingentin buna vecsiz yanaşması təəssüf doğurur. Hesab edirəm ki, Azərbaycan dövləti bu xoşagəlməz halın aradan qaldırılması üçün sərt tədbirlər görməlidir. Haqlı olaraq bizdə belə bir fikir formalaşır ki, Ermənistan və qondarma rejimin qalıqları Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əlbir olaraq Azərbaycana qarşı hansısa çirkin oyunlar həyata keçirirlər. Bundan sonra baş verənlərə görə məsuliyyəti revanşist erməni qüvvələri və BQXK daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu Azərbaycanın sülh və humanist siyasətinə uyğun olaraq hazır vəziyyətə gətirilib: “Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməlidirlər. Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağdakı qondarma rejimin diktəsi ilə hərəkət etməməlidir. Komitə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə dəstək verməlidir. BQXK-nın susqunluğu Ağdam-Xankəndi yolunun qeyri-işlək vəziyyətə gətirilməsinə səbəb olur. Qurum sanki Fransanın dövlət siyasətinə dəstək olaraq Qarabağ ermənilərinə siyasi divident verir. BQXK-nın Qarabağ bölgəsində fəaliyyətində aşkar olunan pozuntular təşkilatın nüfuzuna ciddi xələl gətirir. Buna görə də Komitənin nümayəndələrinin öz səlahiyyətlərindən sui-istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olması tam araşdırılmalı, bunun qarşısının alınması üçün uyğun tədbirlər görülməlidir”.

T.Mirkişiliyə bildirib ki, BQXK Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan qurum təsiri bağışlayır: “Onlar Rusiyanın Qızıl Xaç Cəmiyyətinə təzyiqlər göstərirlər ki, yükləri Xankəndiyə Ağdam yolu ilə çatdırmasınlar. Qərb dairələri tərəfindən də Ağdam-Xankəndi yolu ilə yüklərin keçirilməsinə maneçilik törədilir. Bu məqsədlə onlar Qızıl Xaç Komitəsindən istifadə edirlər. Öz missiyasını və öhdəliklərini yerinə yetirməli olduğu halda komitə müəyyən dairələrin anti-Azərbaycan, anti-sülh sifarişlərini həyata keçirir. Görünən odur ki, Qızıl Xaç geosiyasi oyunlarda siyasi alətə çevrilib. İstisna deyil ki, BQXK kəşfiyyatçılıq fəaliyyəti həyata keçirir, informasiya toplayıb müəyyən mərkəzlərə ötürür. Hətta Laçın postundan Ermənistana yüklər və sərnişinlər daşıyarkən BQXK-nın maşınlarından qaçaqmalçılıq üçün istifadə olunduğu faktlarla sübut olundu. Bu məsələ isə ictimailəşdirildi. Bütün bunlar məqsədyönlü fəaliyyətdir və BQXK özü buna rəvac verib. Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən BQXK ötən 31 ildə ölkəmizə münasibətdə heç bir səmərəli fəaliyyət göstərməyib. Əksinə bir sıra hallarda Ermənistanla vahid mövqedən çıxış edib. Azərbaycanda saxlanılan erməni cinayətkarlara tez-tez baş çəkən, onların hər cür nazı ilə oynayan Komitə eyni münasibəti Ermənistanda saxlanılan azərbaycanlılara göstərməyib. Həmçinin BQXK Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarından “fəlakət şousu” düzəldərək bütün dünyanın diqqətini bölgəyə yönəltməyə çalışır. Bu qurum Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, Azərbaycan Respublikasının qanun və qərarlarına dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin. Təəssüflər olsun ki, biz bunun əksini görürük. Azərbaycanın tam haqqı var ki, bu qurumla əməkdaşlığa son qoysun. Mən deyərdim ki, BQXK-nın regionda fəaliyyətinə ehtiyac yoxdur. 1997-ci il Sevilya Razılaşmasına əsasən, humanitar yardımları milli cəmiyyətlər həyata keçirə bilər. Bu, o deməkdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də humanitar yükləri Xankəndiyə çatdıra bilər”.

Deputata əlavə edib ki, Azərbaycan BQXK ilə əməkdaşlığa yenidən baxa və humanitar yükləri dövlət olaraq özü Xankəndiyə çatdıra bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər