Tahir Mirkişili Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətindən yazdı

415

Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasın 104-cü ildönümü ilə bağlı paylaşım edib.

“Təqribən 1 il bundan qabaq biz İrəvana səfər edən zamanı ən yadda qalan hisslərdən biri Azərbaycanın təhlükəsizlik orqanlarının işi və imkanları oldu. İrəvanda ən çətin anlarda öz varlıqlarını bizə daim hiss etdirmələri, “əllərinin” düşmən ölkədə belə hər yerə çatması, regionda söz və nüfuz sahibi olmaları bizi həm ürəkləndirirdi, həm də qürurlandırırdı! Biz hər an Ali Baş Komandanın, Azərbaycan dövlətinin və təhlükəsizlik orqanlarının gücü ilə himayə olunğumuzu və qorunduğumuzu hiss edirdik…
Çətin və mürəkkəb bir regionda yaşayırıq. Və belə görünür ki, bu bizim əbədi taleyimizdir. Bu regionda sağ qalmaq üçün hökmən güclü dövlətə, güclü təhlükəsizlik qüvvələrinə və güclü orduya ehtiyac olacaq.
Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti orqanları əməkdaşlarının peşə bayramıdır.
Onları təbrik edir və bu taleyüklü fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər