Tahir Mirkişili Ermənistan Parlamentinin sədrinə cavab verdi

286

Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə etdi.

Daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını ç ox təəssüflə izlədiyini dedi. O, indiki sülh danışıqları atmosferində belə bir çıxışın dağıdıcı təsirə malik olduğunu, ne deputata, nə də spikerə yaraşmayan bir çıxış olmasını qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prossesinə dəstək verməli olduğunu qeyd etdi.

Azərbaycanda “Dağlıq Qarabağ” adında regionun deyil, Qarabağ iqtisadi regionunun olduğu, Azərbaycanın heç vaxt heç harda etnik təmizləmə aparmadığı, Xankəndində bu gün də ermənilərin yaşadığı, Ermənistanın regionda nəhəng dağıntı etdiyini və əraziləri mina ilə çirkləndiyini deyən Tahir Mirkişili Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtina etməyə və sülhə dəstək verən çıxış etməyə çağırdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər