Tahir Mirkişili gəncləri təbrik etdi

402
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.
Təbrikdə deyilir:
“Müasir dünyada inkişafın əsas hərəkətverici qüvvəsi yaradıcı və innovativ gənclərdir. Vətən müharibəsi göstərdi ki, gənclərimiz milli maraqlar, dövlətçilik ətrafında sıx birləşir və bu amalda bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar.
Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin güclənməsinə, beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə gənclərimiz bütün səy və bacarıqlarını, şəxsi təşəbbüslərini birləşdirməli, daim təşəbbüskar olmalıdırlar.
Gənclərimizi təbrik edir və onlara davamlı uğurlar arzu edirəm!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər