Tahir Mirkişili gəncləri təbrik etdi

636
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2 fevral- Gənclər Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Müasir əsr yaradıcı və innovativ gənclər əsridir. Vətən müharibəsi göstərdi ki, gənclərimiz dövlətçiliyimizin ətrafında sıx birləşir və bu amalda daim istənilən peşədən asılı olmayaraq bütün çətinliklərin öhdəsindən gəlməyə hazırdırlar. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə gənclərimiz bütün səy və bacarıqlarını, şəxsi təşəbbüslərini birləşdirməlidirlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər