Tahir Mirkişili: “İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın istəyidir”

679

Dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

Gündəlik yekdilliklə təsdiq edildikdən sonra “2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi” məsələsi müzakirəyə çıxarılıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, hər bir dövlətin gücü həm də onun iqtisadiyyatı ilə ölçülür. Azərbaycanın iqtisadiyyatı son 20 il ərzində möhtəşəm bir yol keçib. Məhz Azərbaycanın iqtisadi gücünün mütəmadi artması torpaqlarımızın işğaldan azad edilməsinə, milli təhlükəsizluyimizin güclü şəkildə təmin olunmasına səbəb oldu. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Bizim büdcə xərclərimiz təxminən 30 dəfə böyüyüb. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları Azərbaycanı borcdan dünyada ən az asılı olan bir dövlətə çevirib ki, bütün bunların səbəbi Prezident İlham Əliyevin iqtisadi sahədə tətbiq etdiyi innovativ siyasətdir. Hər bir xalq istəyər ki, onun rəhbəri qətiyyətli, ədalətli, humanist olsun və daim milli maraqları müdafiə etsin”, – deyən T.Mirkişili əlavə edib:”Cənab İlham Əliyev belə bir lider olduğunu son 20 ildə nümayiş etdirmişdir. O, ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının bütün maraqlarını təmin etmək üçün mübarizə apardı, bir addım belə geri çəkilmədi. O, Azərbaycan xalqının başını başını ucaltdı!. Bütün bu reallıqları nəzərə alsaq, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının istəyidir və tələbidir!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər